Dünya · Yeni Sabah

Ukrayna XİN: Azərbaycan vətəndaşları xəsarət alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna XİN: Azərbaycan vətəndaşları xəsarət alıb xəbəri üçün şəkil

Ukrayna XİN Qara dənizdəki gəmilərə dron hücumu zamanı Azərbaycan vətəndaşlarının xəsarət aldığını təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, xarici işlər naziri Andrey Sıbiqa "X" səhifəsində yazıb:  

"Rusiyanın Bolqarıstan ərazi suları yaxınlığında ticarət gəmilərinə son hücumu və nəticədə Ukrayna və Azərbaycan vətəndaşları arasında itkilər bir daha Moskvanın Qara dənizdə mülki əhalinin həyatına və dəniz təhlükəsizliyinə qəsdən etinasızlığını nümayiş etdirir. pizza

Tərəfdaşlarımızı Rusiyaya təzyiqi artırmağa, sanksiyaları sərtləşdirməyə və onu məsuliyyətə cəlb etmək və naviqasiya azadlığını qorumaq üçün qətiyyətli tədbirlər görməyə çağırırıq. Qara dəniz qlobal ərzaq təhlükəsizliyi üçün vacib bir vasitədir. Rusiya aclığı silahlandırmaq və dünyanı girov saxlamaq üçün ona hücum edir. Buna qətiyyətlə qarşı çıxmaq lazımdır".


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑