Dünya · Axar.az

İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü xəbəri üçün şəkil

Son altı ay ərzində İranın Sistan və Bəlucistan əyalətlərində hökumət qüvvələri ilə silahlı şəxslər arasında 63 silahlı qarşıdurma olub.

Axar.az xəbər verir ki, bu haqda İran İnsan Haqları Təşkilatının hesabatında bildirilib.

Qarşıdurmalardan ikisi Kirman əyalətinin Faryab rayonunda, 61-i isə Sistan və Bəlucistan əyalətinin Zahidan, Səravan, İranşəhr və Rask rayonlarında qeydə alınıb.

Qeyri-rəsmi məlumatlara görə, insidentlər nəticəsində 94 nəfər ölüb, 33 nəfər yaralanıb.Rəsmi məlumatlarda isə 87 nəfərin öldüyü və 10 nəfərin yaralandığı bildirilib.

Hücumlardan bir neçəsinin məsuliyyətini sünni məzhəbli etnik bəlucların “Xalq Mübarizləri Cəbhəsi” öz üzərində götürsə də, qarşıdurmaların bir çoxunun səbəbkarı naməlum olaraq qalır.

İran hökuməti yaydığı rəsmi məlumatlarda silahlı hücumların “terrorçu ünsürlər” tərəfindən törədildiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑