Dünya · Bakupost.az

Kiyevə kütləvi raket hücumu: Şəhər qaranlığa qərq oldu - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevə kütləvi raket hücumu: Şəhər qaranlığa qərq oldu - VİDEO xəbəri üçün şəkil

Oktyabrın 14-nə keçən gecə Kiyev Rusiyanın güclü raket hücumuna məruz qalıb. Zərbələr nəticəsində şəhərin enerji infrastrukturuna ciddi ziyan dəyib, paytaxtda elektrik enerjisi kəsilib.
"Bakupost" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında Rusiya Silahlı Qüvvələrinin ballistik raketlərlə Kiyevin əsas enerji obyektlərindən biri olan 4 saylı İstilik Elektrik Mərkəzini (İEM-4) vurduğunu açıqlayıb.
Ukrayna mediasının məlumatına görə, zərbələr nəticəsində Qolosevski rayonunda bir nəfər həlak olub. Desnyanskidə isə raket doqquzmərtəbəli yaşayış binasına düşüb. Nəticədə iki nəfər ölüb, daha altı nəfər yaralanıb.
"Newsach Dvach" teleqram kanalının məlumatına görə, şəhərdə hava hücumu xəbərdarlığı partlayışlardan sonra elan edilib.
"İNSİDER UA"nın yazdığına görə, səhər saatlarına qədər Rusiya qüvvələri Kiyevdəki “Kiyev” yarımstansiyasına, 5 nömrələri İstilik Elektrik Mərkəzinə, Tripol İstilik Elektrik Mərkəzinə və bölgədəki digər enerji obyektlərinə zərbələr endirib. Paytaxt və vilayətlərdə raket və pilotsuz uçuş aparatları (PUA) təhlükəsi davam edir.
Rusiya Müdafiə Nazirliyi isə qurudan buraxılan yüksək dəqiqlikli silahlardan və uzaqmənzilli hücum dronlarından istifadə etməklə kütləvi hücum həyata keçirdiyini bildirib.
Hücumdan sonra Kiyevdə genişmiqyaslı elektrik kəsintisi baş verib. Sosial şəbəkələrdə paytaxtın qaranlığa qərq olduğu anları əks etdirən videolar yayılıb. Şəhərdə su təchizatı ilə bağlı problemlərin yarandığı da bildirilir.
Yasəmən, BakuPost

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑