Dünya · Bakı Xəbər

Türkiyədə Halk TV-nin ofisinə polis basqını – müxalif TV sübh tezdən susduruldu…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – müxalif TV sübh tezdən susduruldu… xəbəri üçün şəkil



Bu gün sübh tezdən Türkiyənin Halk TV telekanalının İstanbulda yerləşən ofisinə polis basqını olub. Halk TV-yə polis basqınını ilk olaraq televiziyanın İdarə Heyətinin sədri Cəfər Mahiroğlunun sosial media hesabında açıqlayıb.

Mahiroğlu mesajında dörd gün əvvəl Halk TV-ni hədəf göstərən CHP lideri Kılıcdaroğlunu sərt reaksiya verib. Mahiroğlu “Bultan lideri Kılıcdaroğlu və adamları sevinə bilər. Polis Halk TV-yə basqın etdi” deyib.

Polislərin binaya daxil olmasından sonra Halk TV-yə qəyyum təyin edildiyi bildirilib və binada axtarış aparılıb. Hökumət tərəfindən təyin edilən İbrahim Paşalı da ofisə gələrək idarəçiliyi təhvil almaq istəyib.

Ancaq Halk TV-nin Yayım direktoru Suat Toktaş qəyyumla əməkdaşlığı rədd edib. Toktaş xalqın hər şeydən xəbərdar olması üçün canlı yayımın davam etdirilməsini istəyib, ancaq Paşalı bunu qəbul etməyib. Toktaş “bizim şəxsi münasibətlərimiz fərqli şeydir, hazırda burada ədalətsiz, qanunsuz şeylər baş verir” deyib. Bundan sonra televiziyanın yayımları dayandırılıb.

Qeyd edək ki, telekanalın sahibi Cəfər Mahiroğlunun barəsində heç tanımadığı adamların iddiaları ilə rüşvət, tenderlərə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə iş açılıb.

NTV-nin İstanbul Respublika Baş Prokurorluğuna istinadən verdiyi məlumata görə, telekanalın sahibi Cəfər Mahiroğlu barəsində rüşvət, tenderlərə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə istintaq başlanılıb.

İş üzrə 17 nəfərin saxlanılması barədə qərar verilib, onlardan 11-i saxlanılıb. Saxlanılanlar arasında telekanalın rəhbərlərindən Harika Akkayanın da olduğu iddia edilir.

Baş Prokurorluq bildirib ki, araşdırma zamanı Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki əlaqələrindən istifadə edərək BUSTECH şirkətinin yaradılmasına şərait yaratdığı, bələdiyyə tenderləri vasitəsilə qanunsuz mənfəət əldə edildiyi və 14 milyon 464 min türk lirəsi məbləğində uçota alınmamış rüşvət ödənişlərinin həyata keçirildiyi barədə məlumatlar aşkarlanıb.

Mahiroğlunun ortaq və ya rəhbər kimi əlaqəli olduğu şirkətlərin ümumi əməliyyat həcmi 30,35 milyard lirə təşkil edib. Onun şəxsi bank hesablarına 1,06 milyard lirə daxil olduğu, hesablardan isə 1,12 milyard lirə vəsaitin çıxarıldığı müəyyən edilib.

Baş Prokurorluq, həmçinin Mahiroğlunun və yaxınlarının hesablarında böyük məbləğli beynəlxalq pul köçürmələrinin aşkarlandığını, əmlak alqı-satqısı ilə bəyan etdikləri gəlirlər arasında uyğunsuzluqların müəyyən edildiyini bildirib.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑