“İranın pilotsuz uçuş aparatları ABŞ üçün ciddi problemlər yaratdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sabiq rəhbəri Devid Petraeus deyib.
O, Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı Ukraynanın gündəlik 10 min pilotsuz uçuş aparatından istifadə etdiyini xatırladıb:
“İranın bu qədər dron işlətmədiyini düşünürəm, lakin İran istehsalı olan PUA-ların daha az sayda istifadəsinin belə ABŞ üçün kifayət qədər ciddi çətinliklər yaratdığını qeyd etmək lazımdır”.
Petraeus daha əvvəl də İranın cavab xarakterli raket və dron hücumlarından sonra regiondakı ABŞ hərbi bazalarının yararsız vəziyyətə düşdüyünü iddia etmişdi.
Safura Bənnayeva
Globalinfo.az




