Amerikalı reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən keçmiş dəstə lideri Duane Keith Devis ömürlük cəzaya məhkum edilib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Las-Veqasda keçirilən məhkəmə iclasında hakim Karli Kirni “Keffe D” ləqəbli Devis barəsində hökmü açıqlayıb.
Məhkəmə Devisə 1996-cı ildə baş verən qətli təşkil etdiyinə görə cəza verib.
63 yaşlı Devis ən erkən 100 yaşında şərti azadlığa buraxılmaq hüququ əldə edə bilər. Onun vəkili hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda avtomobildə olarkən başqa bir avtomobildən açılan atəş nəticəsində yaralanıb. 25 yaşlı reper altı gün sonra xəstəxanada vəfat edib. Devis 2023-cü ildə qətllə əlaqədar saxlanılıb. Prokurorluğun məlumatına görə, o, atəş açan şəxs olmasa da, hücumu intiqam məqsədilə planlaşdırıb və cinayətdə istifadə olunan silahı təmin edib.
Müəllif: Roza

.jpg)

