Tramp növbəti 4 ilə hazırlaşır: Bəs Amerika qanunları?..
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

ABŞ Prezidenti Donald Tramp daha dörd il prezident vəzifəsində qalmağa hazır olduğunu bildirib.
"Bakupost" xəbər verir ki, Ohayo ştatında Respublikaçılar Partiyasının mitinqi zamanı izdiham “Daha dörd il!” şüarları səsləndirib.Tramp isə buna cavab olaraq, “Bunu böyük məmnuniyyətlə edərdim”, – deyib.
Trampın “daha 4 il” istəyi görəsən reallaşa bilərmi?
Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Amerikada hər bir şəxs ancaq iki dəfə prezident ola bilər:
“Franklin Ruzveltdən başqa, bütün prezidentlər məhz iki dəfədən artıq prezident kürsüsündə oturmayıblar. Ruzvelt də yalnız ağır iqtisadi böhran və İkinci Dünya Savaşına görə vəzifədə daha çox qalıb. Bu bir qanundur”.
Politoloq qeyd edir ki, Trampın ürəyindən çox şey keçsə də, istəklə gerçəklik arasında böyük fərq var:
“Hətta onun ürəyindən İran ayətullahlarının Vaşinqtonda təyin edilməsi də keçə bilər. Odur ki, bu boş söhbətdir. Respublikaçılar Partiyasının son qurultayında əksəriyyət vitse-prezident Vensi görən kimi, onu alqışlamağa başladılar. Bu da onu göstərir ki, Respublikaçılar daxilində belə Vensin tərəfdarları çoxdur. Eynilə partiyanın Ohayadakı yığıncağında kimlərsə Trampa yaltaqlanmaq üçün onu növbəti dəfə prezident olmağa səsləyib”.
Ekspertin sözlərinə görə, Amerika qanununu dəyişmək üçün böyük bir siyasi proses başlanılmalıdır:
“Tramp artıq daxildə biabır olub. Aralıq seçkilərində demokratlar üstünlük qazansa hər iki palata Tramp əleyhinə ciddi fəaliyyətə start verəcək. Rusiya məsələsi və korrupsiya faktlarına görə, onun impiçment məsələsi gündəmə gətiriləcək. Hətta Tramp ABŞ tarixində həbs edilən ilk prezident də ola bilər”.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




