Dünya · Publika.az

Bu müsəlman ölkəsində müharibəyə hazırlıq əmri verildi: İranla bağlı narahatlıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu müsəlman ölkəsində müharibəyə hazırlıq əmri verildi: İranla bağlı narahatlıq xəbəri üçün şəkil

İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əz-Zeydi ordunun döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılması barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hərbi komandirlərlə keçirilən görüşdə hava və dəniz qüvvələrinin, ordu aviasiyasının, eləcə də hava hücumundan müdafiə sistemlərinin imkanları müzakirə olunub. Əz-Zeydi müasir müharibələrdə pilotsuz uçuş aparatlarının, hava gücünün və qabaqcıl texnologiyaların əhəmiyyətini vurğulayıb.

İraqın hansı ölkəyə qarşı mümkün müharibəyə hazırlaşdığı açıqlanmasa da, bu addım regionda İran ətrafında artan hərbi gərginlik fonunda diqqət çəkir.

ABŞ-ın “Stimson Center” təşkilatının təhlilinə görə, Vaşinqton və Təl-Əvivin İrana qarşı mümkün hərbi əməliyyatları İraqı mürəkkəb vəziyyətə salır. İranla əlaqəli silahlı qrupların fəaliyyəti isə Bağdadın bitərəflik siyasətini həyata keçirməsini çətinləşdirir.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑