Dünya · Günün Səsi

Moskvaya son iki ilin ən böyük dron hücumu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvaya son iki ilin ən böyük dron hücumu xəbəri üçün şəkil

Son iki il ərzində Moskvaya ən böyük dron hücumu olub.

Gununsesi.info xəbər verir ki, dünən axşam saatlarında Ukrayna ordusu Rusiya paytaxtına 500-ə yaxın PUA göndərib.

Dronlardan 180-ı Moskva yaxınlığında vurulub. Qalanları isə paytaxt regionundan uzaq məsafədə vurulub.

Rusiya tərəfi Moskvaya dron hücumu nəticəsində tələfat və dağıntı barədə məlumat açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi öyən gecən Ukraynanın 902 dronunun vurulduğu barədə məlumat yayıb. PUA-ların Rusiyanın mərkəzi, Povolje, cənub və şimal-qərb regionları üzərində vurulduğu açıqlanıb.

Gecə baş verən dron hücumu Moskvanın hava qovşağını iflic edib. Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanları müxtəlif dövrlərdə təyyarələrin uçuşu və enişini dayandırıb. Hər dörd hava limanı Moskva vaxtı ilə səhər saat 6:44-də fəaliyyətini bərpa edib.

Vnukovo hava limanının fəaliyyəti səkkiz saatdan çox müddətə dayandırılıb. Məhdudiyyətlər zamanı bütün sərnişinlər terminala qaytarılıb. Türkiyədən Moskvaya uçan 11 reys geri qaytarılıb. Flightradar24 məlumatlarına görə, təyyarələr İstanbula yönləndirilib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑