Dünya · Trend.az

Qırğızıstan-Tacikistan sərhədində ard-arda 3 zəlzələ baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırğızıstan-Tacikistan sərhədində ard-arda 3 zəlzələ baş verib xəbəri üçün şəkil

Bakı.Trend:

Qırğızıstanın Tacikistanla sərhədində üç zəlzələ baş verib.

TASS-ın xəbərinə görə, bu barədə respublikanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

Bakı vaxtı ilə saat 01:34-dən 02:50-dək, təxminən 1 saat 15 dəqiqə ərzində baş verən yeraltı təkanların intensivliyi MSK şkalası üzrə 3,5-5,5 bal təşkil edib.

Qeyd edək ki, Rixter şkalası üzrə ocaqda ayrılan enerjini ölçən maqnitudadan fərqli olaraq, MSK-64 (Medvedev–Şponhoyer–Karnik şkalası) zəlzələnin səthdə yaratdığı təsirləri qiymətləndirir.

Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələ ən güclü şəkildə Qırğızıstanın Bor-Döbe, Sarı-Taş, Taldu-Suu, Nura, Kara-Kindik, Sarı-Moğol və İrkeştam yaşayış məntəqələrində hiss olunub. Burada təkanların intensivliyi 3-5 bal təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑