Dünya · Baku.ws

ABŞ-də aralıq seçkilərin ilkin nəticələri - Demokratlar Konqresdə çoxluğu ələ keçirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də aralıq seçkilərin ilkin nəticələri - Demokratlar Konqresdə çoxluğu ələ keçirir xəbəri üçün şəkil

ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası Konqresin hər iki palatasında nəzarəti ələ keçirib. Nəticələr ölkənin siyasi həyatında mühüm dəyişiklik kimi qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, "NBC News"a istinadən xəbər verir ki, Demokratlar Nümayəndələr Palatasında çoxluğu təmin ediblər.

Məlumatlara görə, Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə ediblər. Partiya ənənəvi olaraq respublikaçıların güclü olduğu bir sıra ştatlarda da uğur qazanıb.

Məlumata görə, seçicilər respublikaçı prezident Donald Trampın siyasətinə münasibətlərini seçkilərdə nümayiş etdiriblər. Demokratlar Kanzas, Texas, Cənubi Karolina və Ohayo kimi ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda mühüm nəticələr əldə ediblər.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər zamanı Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın isə təxminən üçdə biri seçilir. Bundan başqa, ölkənin 36 ştatında qubernator seçkiləri keçirilib.

Seçkilər nəticəsində formalaşacaq 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.

Xatırladaq ki, bundan əvvəl respublikaçı senator Con Tunun Senatda "demokratik ekstremizmlə" mübarizə aparmağa çağırmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑