Dünya · Editor.az

ABŞ İrana nüvə zərbəsi endirəcək?- Noyabr ayı ilə bağlı şok iddia!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İrana nüvə zərbəsi endirəcək?- Noyabr ayı ilə bağlı şok iddia! xəbəri üçün şəkil

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməsi Vaşinqtonun Tehranla bağlı növbəti addımlarının necə olacağı sualını aktuallaşdırır.

Bəs ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi nə dərəcədə realdır? Bu cür açıqlamalar hərbi planların mövcudluğuna işarədir, yoxsa İrana qarşı siyasi və psixoloji təzyiq vasitəsidir?

Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqin geosiyasi arxitekturasını dəyişəcək İran-ABŞ qarşıdurması özünün son və qəti dövrünə çatıb:

“İranın nüvə silahı ilə vurulması ehtimalının da böyük ölçüdə mümkünlüyü müzakirə olunur. Əslində belə bir versiyanın ortaya atılması bu məsələnin ciddiliyindən və konkret nəticə əldə olunmasının vacibliyindən xəbər verir. ABŞ qəti şəkildə İranı məğlub etməyi qarşıya məqsəd qoyub. Nüvə zərbəsinin endirilməsi və ya nüvə zərbəsinə bərabər bombalardan istifadə edilməsi məsələsi İranın nüvə proqramına birdəfəlik son qoymaq məqsədi daşıyır. Qazma dağı deyilən əraziyə bu bombalardan atılması ehtimalı böyükdür. Taktiki nüvə silahı işlədilməsi son mərhələdir. Bunun təsiri tək İranla kifayərlənməz, ətraf ölkələri də əhatə edər. 8na görə ilk növbədə bombaların anası deyilən 13 tonluq dərinlik bombalarından istifadə ediləcəyi fikrindəyəm. Bunun İrana psixoloji təzyiq vasitəsi kimi istifadə olunması belə təhlükəli durumdan xəbər verir. Hesab edirəm ki, ABŞ da İranın ətrafına, xüsusən də, İsrailin nüvə obyektlərinə endirə biləcəyi zərbələri hesablayıb ona görə hərəkət edəcək. Amma müharibə başlayarsa İranın çox ciddi itkilərlə üzləşəcəyi mütləq olacaq”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑