Dünya · Baku.ws

İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb xəbəri üçün şəkil

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində uçan ABŞ istehsalı MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

BAKU.WS xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, PUA yerli vaxtla saat 04:30-da müəyyən edilərək zərərsizləşdirilib. Bildirilib ki, bu, vurulan 56-cı MQ-9 tipli pilotsuz uçuş aparatıdır.

Açıqlamada, həmçinin Hörmüz boğazının cənubundakı qadağan olunmuş keçid marşrutundan istifadə etməyə çalışan dörd neft tankerinin dəniz minalarına toxunaraq alovlandığı qeyd olunub. Daha iki gəmi və dəniz nəqliyyatı vasitəsinin isə saxlanıldığı bildirilib.

Qeyd edək ki, Hörmüz boğazında gəmiçiliklə bağlı gərginlik ABŞ və İsrailin 2026-cı il fevralın 28-də İrana hücumlarından sonra artıb. Tərəflər arasında əldə olunan razılaşmaya baxmayaraq, boğazda naviqasiya ilə bağlı fikir ayrılıqları davam edib və iyul ayında toqquşmalar yenidən başlayıb. İran iyulun 12-də Hörmüz boğazını yenidən bağladığını elan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑