Dünya · Yeni Çağ

ABŞ seçkilərindən sonra YENİ VƏZİYYƏT: Tramp “Topal ördək” olacaq, yoxsa “aqressiv”? - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ seçkilərindən sonra YENİ VƏZİYYƏT: Tramp “Topal ördək” olacaq, yoxsa “aqressiv”? - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ-da keçirilən seçkilərdə qismən məğlub olan Donald Trampın növbəti addımları böyük maraq doğurur.

Demokratların səs çoxluğu qazanması Trampın qərarlarının icrasında ciddi maneələr yarada bilərmi? O, həqiqətənmi “topal ördək” statusuna düşür?

Mövzu ilə bağlı Yenicag.az-a REAL Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli açıqlama verib:

media-whatsapp-image-2026-11-04-at-12-30-41

“Hazırkı nəticədən sonra bilmək olmaz, Tramp “topal ördək” yoxsa “aqressiv ördək” olacaq. Hələ yanvara qədər iki ay vaxtı var. İki ay köhnə Senat və Konqreslə təkbaşına qərarlar ala biləcək. Digər tərəfdən, veto hüququ var. Konqresin qəbul etdiyi qanunlara veto qoya bilər. Konqres də əksinə, Trampın qərarlarına blok qoya bilər. Bu nəticə daxili siyasətdə müəyyən dəyişikliklərə səbəb ola bilər, amma xarici siyasətdə hələ də Trampın prezident kimi kifayət qədər yüksək səlahiyyətləri qalacaq. Unutmaq olmaz ki, ABŞ prezident respublikasıdır”.

Qeyd edək ki, ABŞ-da prezident aralıq seçkilərində məğlub olarsa, qərarları təkbaşına verə bilmədiyi üçün “topal ördək” adlanır.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑