“The New York Times” qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İrana zərbə endirmək üçün plan hazırlayıb və bu plan çərşənbə günü həyata keçirilə bilər.
Mənbələriin fikrincə, belə bir zərbə çərşənbə axşamı keçirilən ABŞ Konqresinə ara seçkilərin başa çatmasından sonra vurula bilər.
Qeyd edilir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasındakı bəzi yüksək vəzifəli şəxslər hazırda onu Hörmüz boğazını blokadaya almağa çağırır və iqtisadi təzyiqin rejimin çökməsinə səbəb olacağını iddia edirlər. Lakin digərləri yalnız hərbi əməliyyatların rejimi zəiflədə biləcəyində israr edirlər.
Tahir TAĞIYEV




