Amerikalı milyarder İlon Mask ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə dəstəklədiyi Respublikaçılar Partiyasının ilkin nəticələrə görə məğlubiyyətini zarafatla şərh edib.
Bizim.Media Reuters-a istinadən xəbər verir ki, Mask “X” sosial şəbəkəsində “Görünür, bu dəfə seçkilərə müdaxilə etmək üçün istifadə etdiyim kosmik lazerlər işə yaramadı” – deyə yazıb.
“The New York Times”ın hesablamalarına görə, milyarder seçkilər ərəfəsində respublikaçıların kampaniyasına 474 milyon dollar ayırıb. “BBC” bu məbləği 446 milyon, Reuters isə 445 milyon dollar qiymətləndirib.
İlkin nəticələrə əsasən, Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasında və Senatda üstünlük əldə edir.
Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə amerikalılar Nümayəndələr Palatasının 435 üzvünü, 35 senatoru və 36 ştatın qubernatorlarını seçiblər.
Bizim.Media
İlon Mask: “Seçkilərə müdaxilə etmək üçün istifadə etdiyim kosmik lazerlər işə yaramadı”

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



