Dünya · Editor.az

Tramp respublikaçıların məğlubiyyətini qəbul etdi: Demokratlar artıq mənə zəng ediblər – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp respublikaçıların məğlubiyyətini qəbul etdi: Demokratlar artıq mənə zəng ediblər – FOTO xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp seçkilərdən sonra siyasi rəqibləri ilə münasibətlərdə yeni mərhələyə keçə biləcəyinə işarə edib. Onun sözlərinə görə, Demokratlar Partiyasının nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün artıq onunla əlaqə saxlayıblar.

Editor.az-ın “Axios” nəşrinə istinadən məlumatına görə, Tramp bu açıqlamasından sonra sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O, “Truth Social” hesabında üzərində böyük hərflərlə “VETO” yazılmış qırmızı papağın fotosunu yayımlayıb.

ABŞ prezidentinin bu addımları noyabrın 3-də keçirilən aralıq seçkilərindən sonra baş verib. Həmin seçkilərdə respublikaçılar ciddi itkilərlə üzləşib, demokratlar isə ənənəvi olaraq rəqib partiyaya dəstək verən bəzi ştatlarda qələbə qazanıblar. Nəticədə demokratlar Senatda üstünlük əldə edib, Nümayəndələr Palatasında da çoxluğu ələ keçirməyə yaxınlaşıblar.

Seçki gecəsi “Politico” nəşrinin jurnalisti Daşa Bernsə müsahibə verən Tramp demokratlarla danışıqlar aparmağa qarşı olmadığını bildirib. O, rəqiblərinin nümayəndələrinin artıq özü ilə əlaqə saxladığını xüsusi vurğulayıb.

ABŞ lideri bildirib ki, prezident kimi istənilən qərara veto qoymaq hüququ olsa da, qarşıdakı iki ili bütün təşəbbüslərə mane olmaqla keçirmək niyyətində deyil.

“İstənilən qərara veto qoymaq səlahiyyətim var. Amma iki il ərzində oturub hər şeyə ardıcıl şəkildə veto qoymaq fikrim yoxdur. Demokratlarla birlikdə işləyəcəyik. Onlar artıq mənə zəng ediblər”, – deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, Demokratlar Partiyasının rəhbər şəxsləri ilə təxminən 20 dəqiqə telefon danışığı aparıb. Onun sözlərinə görə, tərəflər arasında müəyyən siyasi razılaşmaların əldə olunması ehtimalı da var.

Beləliklə, seçkilərdə respublikaçıların mövqelərinin zəifləməsindən sonra Trampın demokratlarla əməkdaşlığa açıq mesaj verməsi ABŞ siyasətində diqqətçəkən yeni vəziyyət yaradıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑