Dünya · Bizim.Media

Kaliforniyanın yeni qubernatoru latınamerikalı oldu - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kaliforniyanın yeni qubernatoru latınamerikalı oldu - Foto xəbəri üçün şəkil

ABŞ-ın Kaliforniya ştatında keçirilən qubernator seçkilərində Demokratlar Partiyasının namizədi Xavyer Beserra qalib gəlib. 

Bizim.Media xəbər verir ki, o, respublikaçı Stiv Hiltonu məğlub edərək ölkənin ən çox əhalisi olan ştatının yeni qubernatoru olacaq.

Keçmiş baş prokuror və Co Bayden administrasiyasında çalışan Beserra ilk dəfə bu ştatda latınamerikalı qubernator kimi tarixə düşəcək.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər keçirilir. Amerikalılar Senatın 100 üzvündən 35-ni, eləcə də Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.



Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑