Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed Miçiqan ştatından ABŞ Senatına keçirilən seçkilərdə qələbəni təmin edib.
BAKU.WS xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Qeyd edilib ki, o, ABŞ Konqresinin yuxarı palatasına seçilən ilk müsəlman siyasətçi olaraq tarixə düşür.
Səslərin 82%-nin hesablandığı mərhələdə namizədlərin səs faizi aşağıdakı kimi bölünüb: 50,10% səs Demokratlar Partiyasından Əbdül Əl-Sayedin, 45,50% səs isə Respublikaçılar Partiyasından Mayk Rocersin payına düşüb.
Seçkiqabağı kampaniya dövründə Əl-Sayed ABŞ prezidenti Donald Trampın kəskin hücumlarına məruz qalıb.
Ağ Ev rəhbəri onu "cihadçı" adlandıraraq, Senata daxil olmamışdan əvvəl "metal detektordan keçməli olacağını" iddia etmişdi. Tramp Əl-Sayedi milli təhlükəsizlik təhdidi kimi təqdim edərək onun ölkəyə sədaqətini şübhə altına alıb.
Xatırladaq ki, noyabrın 3-də start götürən seçkilər çərçivəsində amerikalılar Nümayəndələr Palatasının bütün 435 üzvünü və 35 senatoru müəyyənləşdirirlər.
Erkən səsvermədə 50 milyondan çox vətəndaş vaxtından əvvəl səs verərək 2022-ci ilin rekordunu (45,9 milyon) yeniləyib.




