Dünya · Trend.az

Polşada Rusiyaya casusluqda şübhəli bilinən şəxs həbs olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada Rusiyaya casusluqda şübhəli bilinən şəxs həbs olunub xəbəri üçün şəkil

Bakı.Trend:

Polşanın cənub-qərbində yerləşən Aşağı Sileziya voyevodalığının (voyevodluq -Polşanın inzibati ərazi bölgüsündə ən böyük inzibati vahidlərdən biridir-red.) polis əməkdaşları Rusiya vətəndaşı olan 55 yaşlı kişini saxlayıb. O Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir.

TASS-ın məlumatına görə, bu barədə yerli polis idarəsi məlumat yayıb.

“Polis əməkdaşları xarici xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşını saxlayıblar”, – deyə qurumun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, 55 yaşlı kişi Svidnitsa şəhərində dəmir yolu infrastrukturuna aid obyektlərin fotoşəkillərini çəkib.

Məhkəmə Rusiya vətəndaşının üç ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑