Dünya · News24.az

Fransada gənclər hakimiyyəti hədələdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada gənclər hakimiyyəti hədələdi xəbəri üçün şəkil

Fransız gəncləri hakimiyyəti Hellouin bayramında “The Purge” (“Məhkəmə gecəsi”) filminin süjetini təkrarlamaqla hədələyiblər.

News24.az xəbər verir ki, etiraz aksiyasının liderlərindən biri yayımladığı videoda polisə qarşı kloun maskaları taxmış şəxslərin çıxacağını vəd edib.

“Qaranlıqda polisə qarşı qatil klounlar çıxacaq! Hər şey “Məhkəmə gecəsi” filmindəki kimi olacaq. Heç düşünməyin ki, etiraz saat 14:00-dan 19:00-dək davam edəcək. Aksiya bütün gün və bütün gecə keçiriləcək. “Məhkəmə gecəsi” bütün gecəni əhatə edəcək: gündüz etiraz, sonra Hellouin və gecə yenidən etiraz”, – deyə o bildirib.

Qeyd edək ki, Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən ölkənin bütün ərazisinə yayılıb.

Oktyabrın 17-də Fransada yarım milyondan çox insan küçələrə çıxıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑