İspaniyada baş verən dəhşətli dəmir yolu qəzasında həyatını itirənlər arasında ispanlarla yanaşı, daha 27 ölkənin vətəndaşları da var.
BAKU.WS-in xarici mətbuata istinadən məlumatına görə, bunu İspaniyanın Baş naziri Pedro Sançes açıqlayıb.
Onun sözlərinə görə, faciə nəticəsində ölənlər müxtəlif millətləri təmsil edirlər.
Qeyd edək ki, İspaniyada oktyabrın 28-də səhər saatlarında iki sərnişin qatarı toqquşub. Madrid-Sevilya marşrutu ilə hərəkət edən "Renfe" şirkətinə məxsus AVE qatarı özəl daşıyıcı "Iryo" şirkətinin dayanmış qatarına çırpılıb. Toqquşmadan sonra bir neçə vaqon relsdən çıxaraq dəmir yolu xəttinin kənarındakı yamacdan aşağı düşüb.
Qəza zamanı hər iki qatarda ümumilikdə 540-dan çox sərnişin olub. Hadisədən sonra dəmir yolu xəttində hərəkət dayandırılıb, qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Faciə nəticəsində həlak olanlar arasında İspaniyanın sabiq əmək naziri Fatima Banyesin də olduğu bildirilir. Bu barədə İspaniya Biznes Təşkilatları Konfederasiyası məlumat yayıb.



