Bakı.Trend:
İran ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində fəaliyyət göstərən düşmənə məxsus pilotsuz kateri məhv edib.
Bu barədə Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
“Bu gün səhər saatlarında Hörmüz boğazının şərqindəki əməliyyat zonasında hərəkət edən və fəaliyyət göstərən düşmənə məxsus heyətsiz kater Hərbi Dəniz Qüvvələrinin dənizçiləri tərəfindən vurularaq məhv edilib”, – deyə bəyanatda qeyd olunur.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, bundan başqa boğazın şərqində qadağan olunmuş və təhlükəli ərazilərdən hərəkət edən, xəbərdarlıqlara məhəl qoymayan və izləmə sistemlərini söndürən iki tanker dəniz minaları ilə toqquşduqdan sonra zədələnib və yanmağa başlayıb.
Gəmilərin hansı ölkələrin bayraqları altında üzdüyü açıqlanmır.



