Dünya · Axar.az

Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur xəbəri üçün şəkil

Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir.

Axar.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib.

“Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq və bundan sonra da həmin mövqeyimizi qoruyacağıq. Putin qadınları və uşaqları öldürən diktatordur. O, siyasətini dəyişməyə məcbur edilənədək bunu davam etdirəcək”, – Mixal bildirib.

Qeyd edək ki, Pentaqonun NATO-dakı Avropa müttəfiqlərindən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı tələb etdiyi barədə məlumat yayılmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑