Dünya · Globalinfo.az

Netanyahu “Trampla razılaşmışıq” dedi – İrana qarşı planda Türkiyə detalı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu “Trampla razılaşmışıq” dedi – İrana qarşı planda Türkiyə detalı xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp zərurət yaranarsa, İrana yenidən hərbi zərbə endirilə biləcəyini söyləyib. Bu bəyanat regionda təhlükəsizlik risklərini və enerji bazarları ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, ABŞ-da aralıq seçkiləri yaxınlaşır:

Politoloq bildirib ki, seçki ərəfəsində Tramp bu cür bəyanatlarını artırıb:

“Bu, diqqət çəkən məqamdır. Görünən odur ki, ABŞ lideri seçki öncəsi daha fəal olmalı, auditoriyanın dəstəyini qazanmaq üçün belə pafoslu açıqlamalar verməlidir. Hesab edirəm ki, qarşıdakı dövrdə də bu cür bəyanatların şahidi olacağıq.

Mən burada İsrail və ABŞ-ın qarşılıqlı siyasi oyununu görürəm. İsrailin Baş naziri Benyamin Netanyahu da çıxışlarında ABŞ-la razılaşdıqlarını və İrana zərbə endirəcəklərini bildirir. Tramp isə öz açıqlamalarında İranı istənilən an vura biləcəklərini deyir.

Fikrimcə, hər iki lider seçkilərdə əlavə dəstək qazanmaq üçün bu cür siyasi gedişlərə əl atır. ABŞ-ın İrana yenidən zərbə endirməsi ehtimalına gəlincə, bu, mümkündür. Çünki iki ölkə hələ də ortaq məxrəcə gələ bilməyib, tərəflər arasında hər hansı razılaşma əldə olunmayıb. Buna görə də ABŞ münaqişəni istənilən an yenidən alovlandıra bilər.

ramiye 61595692989
Ramiyə Məmmədova 

Hesab edirəm ki, Yaxın Şərq ölkələri baş verən proseslərdən daha çox narahat olmalıdır. Çünki Hörmüz boğazının bağlanması və region ölkələrinə zərbələrin endirilməsi ciddi problemlər yarada bilər. Yəni bu gün olmasa belə, gələcəkdə həmin ölkələr ABŞ-ın siyasətinə etiraz edə bilərlər.

Regiondakı təhlükəsizlik məsələsi sual altındadır. Baxmayaraq ki, “Məkkə sazişi” imzalanıb, bu, mövcud riskləri aradan qaldırmır. Əksinə, Vaşinqton Türkiyə vasitəsilə regionda nəzarət mexanizmi qurmağa çalışır. Lakin “Məkkə sazişi”nin sülhə verəcəyi töhfənin nədən ibarət olacağı hələlik bəlli deyil”.

Turan Rzayev
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑