Dünya · Konkret.az

Zelenski Türkiyəyə səfər edəcək | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Türkiyəyə səfər edəcək | KONKRET xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanəddin Duran “X” hesabında məlumat verib.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfər çərçivəsində İstanbulda görüşlər keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑