Dünya · Konkret.az

Hörmüz boğazında daha iki tanker yandı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında daha iki tanker yandı | KONKRET xəbəri üçün şəkil

Hörmüz boğazından keçməyə çalışan daha iki tankerdə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, tankerlər naviqasiya sistemlərini və GPS-i söndürərək xəbərdarlıqlara baxmayaraq təhlükəli zonaya daxil olublar. Nəticədə insident baş verib.

Məlumata görə, hazırda tankerlər Hörmüz boğazının cənub sahilləri yaxınlığında yerləşir.

SEPAH-ın açıqlamasında tankerlərin hücuma məruz qaldığı, yoxsa minalara düşdüyü barədə dəqiq məlumat verilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑