Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Kursk vilayətində “İskəndər-M” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, hədəf Kursk vilayətinin Fatej rayonu ərazisində, ballistik raketlərin yüklənməsi məntəqəsinin yaxınlığında vurulub.
Baş Qərargahın açıqlamasında qeyd olunub ki, “İskəndər-M” buraxılış qurğularının hər birinin sıradan çıxarılması Rusiya ordusunun Ukrayna şəhərlərinə ballistik raket zərbələri endirmək imkanlarını azaldır.
Bundan əlavə, Rusiya ordusunun Donetsk vilayətinin Maloyanisol, Xarkov vilayətinin Novoegorovka və Luqansk vilayətinin Qanusovka yaşayış məntəqələri yaxınlığındakı sursat anbarlarının da vurulduğu bildirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az



