Dünya · News24.az

"Ümumi türk əlifbası TDT ölkələrinin yaxınlaşması yolunda tarixi addımdır"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Ümumi türk əlifbası TDT ölkələrinin yaxınlaşması yolunda tarixi addımdır" xəbəri üçün şəkil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümumi türk əlifbasının təşviqi ilə bağlı qərarın türk dövlətlərinin mədəni yaxınlaşması yolunda tarixi addım olduğunu bildirib.

News24.az xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək XIII Zirvə görüşü münasibətilə dərc olunan “Türk dünyasının əsri: həmrəylikdən inteqrasiyaya” adlı məqaləsində qeyd edib.

“Ümumi türk əlifbasının təşviqi məsələsində nümayiş etdirilən iradə mədəni yaxınlaşmamız baxımından tarixi addımdır. Təhsil, elm, nəşriyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq sayəsində bu istiqamətdə daha da irəli gedəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑