Dünya · Axar.az

Fransada yeniyetmələr üçün komendant saatı elan edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada yeniyetmələr üçün komendant saatı elan edildi xəbəri üçün şəkil

Fransanın ikinci ən böyük şəhəri Marselin də yerləşdiyi Buş-dü-Ron departamentinin prefekti müvafiq sərəncamla yetkinlik yaşına çatmayanlar üçün komendant saatı elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.

“Oktyabrın 31-də, şənbə günü keçirilməsi elan olunan etiraz aksiyaları ilə əlaqədar departamentin bir sıra rayonunda yetkinlik yaşına çatmayanların küçəyə çıxması qadağan ediləcək. Prefekt, həmçinin yalnız əvvəlcədən rəsmi qaydada elan edilmiş toplantıların keçirilməsinə icazə verib”, - məlumatda deyilib.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 31-də keçiriləcək etiraz aksiyaları zamanı 70 min hüquq-mühafizə orqanı əməkdaşının səfərbər ediləcəyini açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑