Dünya · Publika.az

Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin xəbəri üçün şəkil

ABŞ Müdafiə Nazirliyi bir sıra NATO ölkələrindən Rusiyaya qarşı sərt ritorikanı yumşaltmağı istəyib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Pentaqonun bu çağırışı ünvanladığı ölkələr arasında Litva, Latviya və Estoniya da var. Qeyd olunur ki, həmin dövlətlərdən ictimai bəyanatlarında daha təmkinli olmağı xahiş ediblər. Bu mesajların ikitərəfli görüşlər zamanı çatdırıldığı qeyd olunur. Digər Avropa hökumətlərinin də belə müraciətlər alıb-almadığı isə məlum deyil.

Pentaqonun bu mövqeyi NATO üzvlərinin Rusiyaya qarşı sərt bəyanatlarının Avropa qitəsinin təhlükəsizliyinə xələl gətirməsi ilə əsaslandırılır.

Məsələ ilə bağlı açıqlama verən Pentaqon nümayəndəsi bildirib ki, bunlar müttəfiqlər arasında keçirilən qapalı müzakirələrdir və qurum həmin bəyanatları şərh etməyəcək.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑