Bakı.Trend:
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması və gələcək təhlükəsizlik arxitekturasına dair noyabrın ilk yarısında Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlar Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli formatda baş tutacaq.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Avropa İttifaqı nümayəndələrinin danışıqlara qoşulması ehtimalı ilə bağlı suala cavab verən Peskov belə bir ssenarinin prinsipcə istisna edilmədiyini, lakin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək qarşıdakı görüşün üçtərəfli formatda olacağını qeyd edib.
“Əvvəlcədən heç nəyi istisna etmək olmaz. Lakin söhbətini apardığımız, noyabrın ilk yarısında Əbu-Dabidə keçirilməsi planlaşdırılan bu danışıqlar üçtərəfli formatda olacaq”, – Kremlin nümayəndəsi bildirib.





