15:30
Moskva səması PUA hücumu səbəbindən tamamilə bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanları müvəqqəti olaraq xidmətlərini dayandırıblar”, - məlumatda qeyd olunub.
Moskva meri Sergey Sobyanin Moskva üzərində 11 PUA-nın zərərsizləşdirildiyini bildirib.
***
Şeremetyevo aeroportunda hava həyəcanı verilib.
Bu barədə aeroportdan bildirilib.
Məlumata görə, sərnişinlərə ən yaxın təhlükəsiz zonalara və sığınacaqlara getmələri tapşırılıb.
Qeyd olunub ki, sərnişinlərə və onları yola salanlara liftlərdən istifadə etmək, foto və ya video çəkmək, eləcə də təyyarələrin göyərtəsində qalmaq qadağan edilib. Hər kəsdən pəncərələrdən uzaqlaşmaq xahiş olunub.



