İran mümkün ABŞ-İsrail hücumuna cavab olaraq Fars körfəzi regionunda neft obyektlərini, sualtı kabelləri, məlumat mərkəzlərini və süni intellekt infrastrukturunu hədəfə ala biləcəyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, İranlı rəsmi Mehdi Məhəmmədi mümkün münaqişənin gözləniləndən daha uzun sürəcəyini və daha geniş coğrafiyaya yayılacağını deyib. O, Tehranın “sıfır qırmızı xətt” strategiyası izləyə biləcəyini vurğulayıb.
İran rəsmisi Möhsün Rzayi isə ölkənin iqtisadi infrastrukturuna hücum ediləcəyi təqdirdə, qarşı tərəfin iqtisadi obyektlərinin də toxunulmaz sayılmayacağını qeyd edib.
Məlumata əsasən, ABŞ və İsrail noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı mümkün hücumlar üçün hədəf siyahıları hazırlayır. Siyahıda raket obyektləri, neft infrastrukturu və nüvə müəssisələrinin olduğu bildirilib.
Müəllif: Roza



