Dünya · Publika.az

Netanyahu göstəriş verdi - Bu ərazi blokadaya alınsın

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu göstəriş verdi - Bu ərazi blokadaya alınsın xəbəri üçün şəkil

İsrailin baş naziri Benyamin Netanyahu Xevron şəhərinin blokadaya alınması və İordan çayının Qərb sahilinin tam təcrid olunmasına hazırlıq görülməsi barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Bildirilib ki, qərar bu gün səhər Xevron ərazisində baş verən atışmadan sonra verilib.

Məlumata görə, hadisədə iştirak edən iki naməlum şəxs hərbçilər tərəfindən zərərsizləşdirilib. Hücum nəticəsində beş nəfər yaralanıb.

Qeyd olunur ki, şübhəlilər İsrail dövlət nömrə nişanlı avtomobillə hərbi nəzarət-buraxılış məntəqəsinə gəliblər. Avtomobildə çox sayda döyüş sursatı aşkarlanıb. İsrail tərəfi onların dinc sakinlərə qarşı genişmiqyaslı terror aktı törətməyi planlaşdırdıqlarını bildirib.

Netanyahu təhlükəsizlik qüvvələrinin terror aktlarının qarşısını almaq məqsədilə fəaliyyətini gücləndirdiyini və genişmiqyaslı həbslərin həyata keçirildiyini açıqlayıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑