Dünya · SİA

“Keşikçidağ”la bağlı yalan məlumatlar yayan jurnalist həbs edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Keşikçidağ”la bağlı yalan məlumatlar yayan jurnalist həbs edilib xəbəri üçün şəkil

Gürcüstanda dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham olunan “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.

Məhkəmə iclasında iştirak edən Dito Çubinidze ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Qeyd edək ki, jurnalist ötən gün saxlanılıb. İstintaqla müəyyən edilib ki, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə guya “Keşikçidağ” (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycan Respublikasına verdiyini iddia edib. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 4 ilədək həbs cəzası gözləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑