Dünya · Yeni Çağ

Tramp Börnhemlə Ukrayna və İranı qısa müzakirə etdiklərini açıqladı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Börnhemlə Ukrayna və İranı qısa müzakirə etdiklərini açıqladı - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Endi Börnhemlə telefon danışığında Ukrayna və İranla bağlı məsələləri yalnız səthi şəkildə müzakirə etdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bəli, müzakirə etdik. Çox səthi şəkildə. Biz əsasən Aberdin və Şimal dənizi haqqında danışdıq”, – deyə ABŞ lideri qeyd edib.

Trampın sözlərinə görə, söhbət əsasən Britaniya hakimiyyətinin Şimal dənizindəki yataqlarda karbohidrogen hasilatını artırmaq üçün gördüyü tədbirlər ətrafında olub.

Qeyd edək ki, Tramp daha əvvəl dəfələrlə Britaniya hakimiyyətini enerji siyasətinə və Şimal dənizində neft və qaz hasilatını genişləndirməkdən imtina etməsinə görə tənqid edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑