Dünya · Publika.az

Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq xəbəri üçün şəkil

Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəs barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp tərəflərin onun vasitəçiliyi ilə razılaşdığını bildirib. Lokal atəşkəsin oktyabrın 29-da başlaması planlaşdırılır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə humanitar əməliyyatla əlaqədar oktyabrın 27-də Bakı vaxtı ilə saat 05:00-dan Xerson istiqamətində atəşin dayandırılacağını açıqlayıb.

Melaniya Tramp Oleşkidə yaşayan insanların ərzaq, dərman, təmiz su və tibbi yardıma təcili ehtiyac duyduğunu bildirib. Şəhəri tərk etmək istəyən sakinlərə Rusiyaya və ya Ukraynaya getmək üçün nəqliyyat təmin ediləcəyi qeyd olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑