Niderlandın KLM aviaşirkəti “Ostin” fırtınası səbəbindən oktyabrın 23-24-də həyata keçirilməsi planlaşdırılan 40-dan çox reysi ləğv edib.Bu barədə “Reuters” xəbər verir.
Ləğvlər Amsterdamın Sxiphol Hava Limanından həyata keçirilən uçuşlara təsir edib.
Məlumata görə, güclü leysan yağışları və fırtına səbəbindən oktyabrın 23-də 20, oktyabrın 24-də isə 22 reys ləğv olunub.
Sxiphol Hava Limanının mətbuat xidməti ANP-yə bildirib ki, əlverişsiz hava şəraitinin hava limanının fəaliyyətinə təsiri hələlik məhduddur.
Hava limanının saytında dərc olunan cədvələ əsasən, oktyabrın 23-də KLM Amsterdamdan Cenevrə, London və Bergenə, eləcə də Varşava, Birminqem və Liondan Niderlandın paytaxtına uçuşları ləğv edib.
Bundan başqa, müxtəlif aviaşirkətlərin onlarla reysində iki saat və daha çox gecikmə qeydə alınıb.






