Dünya · Anews.az

Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir xəbəri üçün şəkil

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyası ilə dialoqda "başladığı işi bitirmək" üçün İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasında israr edir, lakin Prezident Donald Tramp Konqres seçkilərindən əvvəl yeni zərbələrin endirilməsinə qarşıdır.

Bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. 

Nəşr bildirir ki, oktyabrın əvvəlində İsrail hökumətinin başçısı ölkənin Hərbi Hava Qüvvələrinə İran ərazisinə genişmiqyaslı zərbələr endirməyi əmr edib 

"Ordu hücuma hazır idi. Lakin ABŞ prezidenti Donald Tramp İsrailin bu cür hərəkətlərinə qarşı çıxdı və bundan sonra Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinə zərbə hazırlıqlarını ləğv etmək barədə təlimat verdi", - FT yazıb. 

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑