ABŞ Prezidenti Donald Tramp “NBC” telekanalının jurnalistinin seksual xarakterli zorakılıq ittihamları ilə bağlı sualına sərt reaksiya verib.
Globalinfo.az bildirir ki, mətbuat nümayəndələri ilə söhbəti zamanı jurnalist prezidentdən bu xarakterli ittihamların onun üçün əhəmiyyət daşıyıb-daşımadığını soruşub.
Tramp jurnalistin sözünü kəsərək hansı media qurumunu təmsil etdiyini dəqiqləşdirməsini istəyib. NBC əməkdaşı ittihamların ciddiliyinə diqqət çəkməyə çalışdıqda isə prezident ondan susmasını tələb edib.
“Susun! O, bura yeni gəlib, elə deyilmi? Siz dəhşətli jurnalistsiniz” – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti bir gün əvvəl də “CNN” telekanalının jurnalistinin Rusiyaya qarşı sanksiyaların tətbiqindən imtina edilməsinin səbəbləri ilə bağlı sualına sərt cavab verib.
“Siz nə danışdığınızı bilmirsiniz. Çünki axmaqsınız. İntellekt səviyyəniz aşağıdır və buna rəğmən CNN-də işləyirsiniz”, – deyə Tramp əsəbi halda qeyd edib.
Əliyar Xəlil





