Dünya · SİA

İrəvan məhkəməsi Köçəryanın həbs müddətini uzatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrəvan məhkəməsi Köçəryanın həbs müddətini uzatdı xəbəri üçün şəkil

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.

Vəsatətlə çıxış edən prokuror bildirib ki, Köçəryan azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqın gedişinə mane ola bilər. Hakim vəsatəti qəbul edib.

Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.

Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑