Dünya · Azxeber.com

Avropa Parlamenti husiləri terror təşkilatları siyahısına daxil etmək istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa Parlamenti husiləri terror təşkilatları siyahısına daxil etmək istəyir xəbəri üçün şəkil
Avropa Parlamentinin deputatları Yəməndə fəaliyyət göstərən "Ənsar Allah” hərəkatının (husilərin) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsini tələb ediblər.
Bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.
Qəbul edilən qətnamədə Avropa İttifaqı Şurasına husilərin hərbi və siyasi qanadlarının, rəhbərliyinin, eləcə də hərbi və təhlükəsizlik strukturlarının terror təşkilatları siyahısına salınması çağırışı edilib.
Deputatlar həmçinin hərəkatın maliyyələşdirilməsinin bütün kanallarının bağlanmasını, husilərə və onların dəstəkçilərinə məxsus vəsaitlərin və iqtisadi resursların dondurulmasını istəyiblər.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑