Dünya · Azxeber.com

Bu tarixdə İranla günlərlə davam edən müharibə başlaya bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu tarixdə İranla günlərlə davam edən müharibə başlaya bilər xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bir neçə gün davam edə biləcək hücumlar həyata keçirmək variantını nəzərdən keçirir. Amma bununla bağlı hələ yekun qərar qəbul edilməyib.
Bu barədə "Atlantic” məlumat yayıb.
Nəşrin yazdığına görə, mümkün hücumların hədəfləri arasında İranın nüvə obyektləri, raket və dron potensialı, eləcə də enerji infrastrukturu var. Qeyd edilib ki, iqtisadi təzyiqlərə baxmayaraq, Tehranın danışıqlara qayıtmaması Trampı qəzəbləndirib.
ABŞ Prezidentinin müşavirləri hesab edirlər ki, yeni hücumlar İranı güzəştlərə getməyə məcbur edə bilər. Bəziləri isə hərbi əməliyyatların genişləndirilməsinin əks nəticə verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Donald Tramp əvvəllər də İrana zərbə variantını nəzərdən keçirsə də, indiyədək yeni hərbi əməliyyatın həyata keçirilməsinə razılıq verməyib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑