İran Prezidenti Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər edəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü və ikitərəfli danışıqları planlaşdırılır. Dominos pizza
Bundan əlavə, onun Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirakı gözlənilir.
Qeyd edək ki, daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrov da Məsud Pezeşkianı Moskvada gözlədiklərini bəyan etmişdi.\Axar.az




