Dünya · Yeni Çağ

Qızılın qiyməti ucuzlaşdı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qızılın qiyməti ucuzlaşdı - Yeni Çağ xəbəri üçün şəkil

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 000 dollardan aşağı düşüb.

Yenicag.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki, gümüş əvvəlki maksimum səviyyəsi olan təxminən 120 dollardan yarıdan çox dəyər itirib.

Qiymətlərin enməsi texnologiya və süni intellekt şirkətlərinin səhmlərindəki itkilərlə əlaqələndirilir. İnvestorların digər investisiya aktivlərində yaranan zərərləri qarşılamaq üçün qızıl və gümüş kimi qiymətli metalları satması bazarda ucuzlaşmanı sürətləndirib.

Xatırladaq ki, avqust ayında qızılın 1 unsiyası 4664 dollara kimi yüksəlmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑