Dünya · Axar.az

Köçəryanın həbs müddəti daha iki ay uzadıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Köçəryanın həbs müddəti daha iki ay uzadıldı xəbəri üçün şəkil

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.

Vəsatətlə çıxış edən prokuror bildirib ki, Köçəryan azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqın gedişinə mane ola bilər.

Hakim vəsatəti qəbul edib.

Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.

Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.

Avqustun 27-də məhkəmənin qərarı ilə sabiq prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑