Dünya · Konkret.az

Rusiya Xerson istiqamətində atəşkəs elan edib | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Xerson istiqamətində atəşkəs elan edib | KONKRET xəbəri üçün şəkil

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar atəşkəs rejimi tətbiq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) Xerson istiqamətində atəş dayandırılacaq.

“Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələri oktyabrın 27-si saat 04:00-dan etibarən Xerson istiqamətində atəşi dayandırır və sükut rejimi tətbiq edir”, – Gerasimov bildirib.

Atəşkəs rejiminin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑