Pakistanın Bəlucistan əyalətində mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb və təxminən 22 nəfər yaralanıb.
News24.az"Dawn"a istinadən xəbər verir ki, bu barədə polisdən bildirilib.
Qəza bu gün Kvetta-Karaçi magistralında Uthal şəhəri yaxınlığında baş verib.
Polisin məlumatına görə, 7 nəfər hadisə yerində ölüb, 5 nəfər isə sonradan xəstəxanada vəfat edib.
Yaralananlar yerli xəstəxanaya çatdırılıb, daha sonra müalicə üçün Karaçiyə köçürülüb. Onlardan yeddisi ağır vəziyyətdədir. Həlak olanların və yaralananların əksəriyyəti mikroavtobusda olub.




