Dünya · Globalinfo.az

Melaniya Tramp bunu bacardı: Rusiya və Ukrayna atəşkəs imzaladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Melaniya Tramp bunu bacardı: Rusiya və Ukrayna atəşkəs imzaladı xəbəri üçün şəkil

Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi məqsədilə müvəqqəti atəşkəs barədə razılığa gəlib. Danışıqlarda vasitəçi qismində ABŞ-ın birinci xanımı Melaniya Tramp çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, humanitar atəşkəs oktyabrın 29-da qüvvəyə minməlidir.

Melaniya Tramp bildirib ki, Oleşkidə vəziyyət humanitar fəlakət həddinə çatıb. Şəhərdə qalan sakinlər ərzaq, dərman və içməli su çatışmazlığından əziyyət çəkirlər. Yolların minalanması isə humanitar yardımın çatdırılmasını və mülki əhalinin təxliyəsini çətinləşdirir.

Onun sözlərinə görə, hazırda şəhərdə 1 700–2 000 nəfər yaşayır. Onların əksəriyyəti yaşlı insanlardır. Sakinlər arasında təxminən 50 uşaq da var. Halbuki hərbi əməliyyatlar başlamazdan əvvəl şəhərin əhalisi təxminən 24 min nəfər təşkil edirdi.

Əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukraynanın mülki nümayəndələri sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək üçün yaşayış evlərini birgə yoxlayacaqlar.

Şəhəri tərk etmək istəyən sakinlərin təxliyəsi üçün nəqliyyat vasitələri ayrılacaq. Onlar gedəcəkləri istiqaməti özləri seçə biləcəklər. Belə ki, sakinlər Rusiyaya və ya Ukraynanın nəzarətində olan ərazilərə təxliyə edilmək hüququna malik olacaqlar.

Təxliyə prosesini ABŞ-da fəaliyyət göstərən media təşkilatının müşahidə edəcəyi bildirilir. Təşkilat prosesin gedişini sənədləşdirəcək və sakinlərin seçimlərinə əməl olunmasına nəzarət edəcək.

Bundan əlavə, Rusiya və Ukrayna humanitar tədbirlərin əlaqələndirilməsi, yolların minalardan təmizlənməsi və əhaliyə təhlükəsiz çıxışın təmin edilməsi məqsədilə birgə işçi qruplar yaradıb.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑